Saakaşviliyə Ukraynada vəzifə verildi

11 Fevral 2015 16:58 (UTC+04:00)

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti Yanında Beynəlxalq Məsələlər üzrə Müşavirlər Şurasının sədri təyin edilib.

Movqe.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə Gürcüstanın "Pirveli radio" radiostansiyası xəbər yayıb.

Bu gün Ukrayna prezidenti Pyotr Poroşenko məsələ ilə bağlı brifinq keçirəcək. Brifinqdə M. Saakaşvili də iştirak edəcək.