"Messinin oyunu başqalarını da yoluxdurur"

11 Fevral 2015 21:00 (UTC+04:00)

"Barcelona"nın argentinalı futbolçusu Xavier Maskerano bir daha Messini dünyanın ən güclü oyunçusu hesab etdiyini bildirib.Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Maskerano həmyerlisinin "Barcelona" üçün əhəmiyyətini də vurğulayıb.

"Messi indi qənaətbəxş formadadır. O, yaxşı oynayanda komandanın da səviyyəsi yüksəlir. Ümid edirəm ki, eyni tempdə yolumuza davam edəcəyik. "Barcelona"ya matçın taleyini həll edə bilən Messi lazımdır. Onun oyunu başqalarını da yoluxdurur. Messi son 5 ilin ən yaxşı futbolçusudur. Mən Pele və Alfredo Di Stefanonun görüşlərini canlı izləməmişəm. Bir az Maradonanın oyununu görmüşəm. Maradona və Messini müxtəlif mövqelərdə oynadıqları üçün müqayisə etmək çətindir. Amma, fikrimcə, Messi ən yaxşı futbolçudur".