CNN: “Ollandla Merkel Putinə yalvarmağa gəlmişdi”

11 Fevral 2015 18:46 (UTC+04:00)

"Ukraynaya silah verilməsi Rusiyaya müharibə elan etmək deməkdir".

Movqe.az xəbər verir ki, bu iddia ilə amerikalı jurnalist Saymon Tisdal CNN televiziyasının rəsmi internet səhifəsində çıxış edib.

O, avropalıların başlanacaq istənilən müharibəni Rusiyanın udacağını bildiklərini söyləyib:

"Avropalılar əllərindən gələn hər şeyi edəcəklər ki, yaxınlıqlarında olan bu təhlükəli vəziyyətdən qaçsınlar. Hazırda Böyük Britaniya və Fransa Rusiyaya qarşı dayana biləcək orduya sahibdir. Ancaq onlar belə bir konflikti ümumiyyətlə arzulamırlar. Merkel və Ollandın Moskvaya səfəri sülh təklifi ilə əlaqədar deyildi. Bu, çarəsizlik aktı idi və Putin də bunu bilirdi. Bu gün Merkellə Ollandın sülh planı müzakirə ediləcək. Görünür, Kiyev ərazisinin daha böyük hissəsindən əl çəkməli olacaq. Putin bilir ki, Obama xaricdə yeni konfliktə başlamayacaq. Ukraynaya silah verilməsi haqqında səsləndirilən bütün fikirlər sadəcə, ABŞ tərəfindən klassik təzyiq taktikası idi".

Qeyd edək ki, bu gün Minskdə Ukrayna və Rusiya arasında sülh danışıqları ilə bağlı növbəti görüş keçiriləcək.