ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

12 Fevral 2015 10:05 (UTC+04:00)

ABŞ-ın Florida ştatında "Biçkraft" tipli kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

Movqe.az məlumat verir ki, APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Mayamı şəhəri yaxınlığında baş verib.

Terks və Kaykos adalarına uçan təyyarə havaya qalxandan bir neçə dəqiqə sonra yerə düşüb. İlkin ehtimala görə, qəzaya səbəb texniki nasazlıq olub. Təyyarənin düşdüyü yerdə heç kim olmasa da, elektrik naqillərinin sıradan çıxması yüzlərlə evi işıqsız qoyub. Üstəlik, hadisə yerində yanğın başlayıb. Əraziyə 20-yə yaxın yanğınsöndürmə briqadası cəlb edilib.