Aygün Kazımova bu dəfə ətəyini qaldırıb şəkil çəkdirdi

12 Fevral 2015 10:15 (UTC+04:00)
Azərbaycanın divası sosial şəbəkədəki çılğınlığı ilə hamını təəccübləndirməyə davam edir. Movqe.az-ın məlumatına görə, ötən ay "Instagram" sosial şəbəkəsində yarıçılpaq fotoşəkilləri ilə gənc qızlara meydan oxuyan Xalq artisti Aygün Kazımova daha bir çox danışılacaq görüntüsünü paylaşıb. Bir müddət əvvəl 44 yaşını qeyd edən sənətçi ətəyini qaldıraraq çəkdirdiyi yeni fotoşəkli "Instagram" izləyiciləri ilə bölüşüb. Cazibədarlığı ilə diqqət çəkən divanın pərəstişkarları onun ünvanına tərif rəyləri yağdırıblar. Aygün Kazımovanın həmin şəklini təqdim edirik.