Dəhşətli kadrlar: İŞİD yeni edam növü seçdi - VİDEO +18

12 Fevral 2015 10:55 (UTC+04:00)

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı iordaniyalı pilot Müəz əl Qəsasbini qəfəsdə diri-diri yandırandan sonra dünya şoka düşmüş, terrorçuların vəhşiliyi qəzəb doğurmuşdu.


Lakin İŞİD tətbiq etdiyi edamların vəhşi "növ"lərini artırıb.

Movqe.az xəbər verir ki, Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, İŞİD Suriyanın Rəqqa şəhərində daha bir vəhşi edamı gerçəkləşdirib.

Terrorçuların faktiki paytaxtı olan bu şəhərdə İŞİD mənsublarından biri əsir alınmış suriyalı zabiti ov tüfəngi ilə vurub.

"Remington" markalı ov tüfəngini tutmuş terrorçu əynində narıncı rəngli məhbus kombinezonu olan suriyal zabitin arxasında duraraq az sonra öldürəcəyi adamın "cinayət"indən danışır. Sonra isə o, tüfəngi əsirin başına tuşlayıb atəş açır.

İŞİD son 6 ayda Suriyada 2 mindən artıq insanı edam edib. Onların əksəriyyəti mülki vətəndaşlardır. Bununla yanaşı, İŞİD-in 150 mənsubu da edam olunub ki, onlar da vətənlərinə qayıtmaq istəyən əcnəbilərdi.