Əli Həsənov: "Azərbaycan Qərbin Dağlıq Qarabağ probleminə münasibətdə ikili standartlar tətbiq etməsinin əleyhinədir"

12 Fevral 2015 11:05 (UTC+04:00)

"Azərbaycan münaqişələrin hərbi yolla həllinin əleyhinə çıxış edir. Biz buna əminik ki, müasir dünyada münaqişələrin tənzimlənməsi üçün daha əhəmiyyətli alətlər var".


Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Financial Times"-a müsahibəsində deyib.


PA rəsmisinin sözlərinə görə, Azərbaycan daxili siyasətində Qərblə Rusiya arasında neytral mövqe tutur. Lakin Azərbaycan ötən il BMT-də Krımın RF-yə birləşdirilməsinin əleyhinə səs verib və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib.


Ə.Həsənov qeyd edib ki, Azərbaycan Qərb ölkələri hökumətlərinin Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı məsələsində analoji mövqe tutmadıqlarından məyusdur: "Biz Qərbin bu problemə münasibətdə ikili standartlar tətbiq etməsinin əleyhinəyik. Bir münaqişədə Qərb "separatçılar" terminini işlədir, digərində yox".