Rahibədən "təcavüz" məktubu

12 Fevral 2015 11:20 (UTC+04:00)

Serbiyada olan St. Elijah Manastırında 72 yaşındakı baş rahibə, 36 yaşındakı rahibə Milanka Konatara təcavüz edib. Skandal rahibə Konatar günah çıxararkən ortaya çıxıb.

Movqe.az xəbər verir ki, Serbiya, bir monastırda yaşandığı iddia edilən seks qalmaqalı ilə sarsılıb. Bir monastırın baş rahibəsi cinsi təcavüzlə günahlandırılıb. 36 yaşındakı rahibə Milanka Konatar, 72 yaşındakı baş rahibəni cinsi təcavüzlə günahlandırıb. Konatar, yaşadıqlarından ötəri duyduğu "kədər və peşmanlıqla" günah çıxarmağa qərar verib və beleliklə, hadisə ortaya çıxıb. Konatarın yaşadıqlarını yazdığı məktubu da iddia faylına əlavə olunub. Patrikhaneyə göndərilən şikayət məktubunda baş rahibənin yaşadıqlarını kimsəyə danışmaması üçün gənc rahibeye and içdirdiyi də yer alıb.


Konatar, yazdığı məktubunda, "Ayin zamanı baş rahibə mənə toxundu. Kilsəni tərk etdikdən sonra isə məni qollarımdan tutdu və üzündə maraqlı bir gülümsəmə ilə məni meşədə gəzməyə çağırdı. Bu hadisəni düşünmək belə istəmirəm. Yatdığımız yerdə isə rahatca geyinib soyunurdu "ifadələrini qələmə alıb.