O qədər pulu üstündə necə gizlətdi?

12 Fevral 2015 15:00 (UTC+04:00)

Rusiya vətəndaşı Şəmkirdə saxta pulla saxlanılıb


Movqe.az xəbər verir ki, Şəmkir polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əslən rayonun Dəllər qəsəbəsindən olan, hazırda Rusiya Federasiyasının Rostov vilayətində yaşayan 27 yaşlı Ələkbər Aslanov şübhəli şəxs qismində saxlanılıb.


Şöbədə onun üzərinə baxış keçirilən zaman ayaqqabısının altında gizlətdiyi 225 min saxta rus rublu və 42650 saxta belarus əskinasları aşkar edilərək götürülüb. Hazırda Aslanovun həmin əskinasları əldə etmə mənbəyi və istifadə yerləri araşdırılır.