Sintetik narkotiklər sağalmaz bəlaya çevrilib-SOS

12 Fevral 2015 15:17 (UTC+04:00)

Azər­bay­can­da 2014-cü il­də qey­diy­ya­ta alı­nan nar­komanla­rın sa­yı 28376 nə­fərə çatıb. Əd­liy­yə Na­zir­li­yi Məh­kə­mə Eks­per­ti­za­sı Mər­kə­zi­nin hesabatında əksini tapan bu məlumat  göstərir ki, qey­də alın­mış nar­ko­man­la­rın 1344 nə­fə­ri (nar­ko­man­la­rın ümu­mi sa­yın­da xü­su­si çə­ki­si 4,74%) 15-17 yaşda olan şəxslərdir. Digər yaş qruplarına gəlincə, qeydə alınmış narkomanların 3893 nə­fə­rini (13,72%) 18-24 yaş, 4147 nə­fə­rini (14,61%) Sintetik narkotiklər sağalmaz bəlaya çevrilib-25-29 yaş, 4296 nə­fə­rini 30-34 yaş, 3415 nə­fə­rini (12,03%) 40-44 yaş, 3023 nə­fə­rini (10,25%) 45-49 yaş, 2531 nə­fə­rini ( 8,92%) 50-54 yaş, 2227 nə­fə­rini (7,85%) 55-59 yaş, 2014 nə­fə­rini (7,09%) 60-64 yaş, 1482 nə­fə­rini (5,32%) isə 65 və da­ha yu­xa­rı yaş­da olan şəxs­lər təş­kil edib. Qeydiyyata alınan narkomanların 539 nə­fə­ri­ni, yə­ni 1,9%-ni qa­dın­lar təş­kil edib.  Bu statistika təsdiqləyir ki, ölkədə narkomaniyanın qarşısını almaq üçün lazımi tədbirlər görülsə də, hər il bu bəlaya yeni düçar olanlar qeydə alınır. Beləcə narkomaniya bəşəriyyətin bəlası olaraq qalır. Amma son vaxtlar bu bəlaya düçar olan insanların, daha doğrusu narkomaniyanın qurbanlarının sayının daha da artması üçün icad edilən yeni növ narkotiklər onların bu bəlanın girdabından xilas olmaq şansını 0-a endirir. Əvvəllər "Mən narkotik maddə istifadəçisiyəm, amma bu bəladan xilas olmaq üçün müalicəyə başlamışam" deyə ümidlənən narkotik maddə istifadəçiləri, bu günki dövrdə sağalacaqlarına dair ümidlərini itirmək üzrədirlər. Artıq Türkiyə və ABŞ kimi ölkələrdə də həkimlər yeni icad olunan narkotiklərin narkomanları çıxa bilmədikləri çuxura, geri qayıtmaq şansı olmayan uçuruma yuvarladığı barədə həyəcanlı məlumatlar verirlər. Qardaş Türkiyədə həkimlər xüsusilə gənc nəslin, məktəb yaşlı uşaqların istifadə etdiyi yeni sintetik narkotik maddələr olan bonzay, spays kimi narkotik maddələrdən ölüm halının artdığından narahatçılıqlarını ifadə edirlər. Həkimlər bu narkotik maddələrə aludə olanları normal həyata qaytarmağın mümkünsüzlüyünü də təəssüf hissi ilə etiraf edirlər. 

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbər müavini Leyla Yolçiyeva da yeni icad edilən narkotik maddələri istifadə edənlərin bu bəladan xilas olmaq, sağalmaq şansının olmadığını deyir. Ekspert Movqe.az-a açıqlamasında deyib ki, sintetik üsulla hazırlanan yeni narkotik növlərini icad edənlər onun orqanizmə daha tez təsiri üçün əllərindən gələni edirlər ki, narkotik maddəni istifadə edəndə təsiri tez özünü göstərsin: "Bonzay, spays kimi yeni narkotik maddələr istifadə edildikdən 10-15 dəqiqə sonra öz təsirini göstərməklə yanaşı, 10-12 saat müddətində öz təsirini saxlamaq qabiliyyətinə malikdir. Yəni bu narkotik maddələr istifadəçini dərhal öz təsiri altına salaraq uzun müddət bu təsir altında saxlayır. Təsiri keçdikdən sonra istifadəçidə kəskin baş ağrıları, halsızlıq və sair ağır əlamətlər hiss olunur. Həmin şəxs əvvəlki vəziyyətini bərpa etmək üçün, yenidən həmin narkotik maddəni istifadə etmək məcburiyyətində qalır. Digər narkotik maddələrlə müqayisədə yeni icad olunan narkotik maddələr istifadəçidə çox tez bir müddətdə asılılığın yaranmasına səbəb olur. 



Məsələn ABŞ-da bonzay istifadə edən qadın 3 aylıq uşağını qətlə yetirib.  Amma öz övladını qətlə yetirdiyini bu narkotik vasitənin təsiri getdikdən sonra anlayıb. Çünki, həmin narkotiklər insanı anlaqsız vəziyyətə gətirir. Ən pisi isə bu narkotiklərdən istifadə edənlərin müalicəsinin, sağalmasının mümkünsüz olmasıdır. Tutaq ki, digər heroin, marixiuana kimi narkotik maddə istifadəçiləri 1- ilədək bu narkotik maddələri istifadə etdikdə müalicə nəticəsində normal həyata qayıda bilirlərsə, yeni növ narkotik maddələri 2-3 ay istifadə edənləri müalicə ilə sağaltmaq mümkün deyil".


L. Yolçiyeva hələki Azərbaycanda  yeni növ, bonzay, spays və "vanna duzları" adlanan narkotiklərdən istifadə edənlərin, bu cür narkotiklərin ölkəyə gətirilməsi hallarının olmadığını deyir. Onun sözlərinə görə, yeni sintetik yolla əldə edilən narkotiklər birbaşa beyin hüceyrəsini məhv edir: "Spays adlanan sintetik tərkibli narkotika heroin və marixiuanadan da təhlükəli sayılır. Spaysı istifadə edənlərin orqanizmində maddələr mübadiləsi pozulur, beyin hüceyrələri zədələnir. Kimyəvi toksinlər qısa müddətdə qaraciyərə sovrularaq qana keçir. Bir neçə dəqiqəyə bütün orqanizmə təsiri yayılır. Təsiri saatlarla davam edir. Spirtli içkilərlə qəbulu daha böyük təhlükəyə, ölümə belə səbəb olur. Spays qəbul edən şəxsdə bədənin hərarəti artır, ürək döyüntüləri artır, mədə qanaxmaları başlayır, infarkt baş verir. Bu narkotik maddə insanın beynində psixoloji gərginliyi pik həddinə çatdırır".

L. Yolçiyeva bu təhlükəli narkotik vasitənin bir neçə adda satışa çıxarıldığını, internet üzərindən satışının müştərilərinin sayını günü-gündən artırdığıı bildirir: "Azərbaycanda da narkotik vasitələrin müxtəlif növündən istifadə edənlər var. Ona görə də, bu təhlükə ölkəmiz üçün də gözləniləndir. Amma hələki Azərbayacnda narkomanlar arasında bu narkotik vasitədən istifadə rəsmi qeydiyyata alınmayıb".

Hələki Azərbaycan üçün bu təhlükə olmasa da, Dövlət Gömrük Komitəsinin sədr müavini Әsgər Abdullayev "Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirmişdi ki, "dizayner narkotikləri", "leqal narkotiklər", "vanna üçün duzlar", "spays" və digər bir sıra adlar altında tanınan bu yeni psixoaktiv maddələrin yayılması üçün artıq Azərbaycan ərazisindən istifadəyə cəhdlər mövcuddur.  Elə Respublika Narkoloji Mərkəzin şöbə müdiri Pərvin Məmmədov da yeni nəsil narkotiklərin təhlükəli olduğunu söyləyir. Həkimin sözlərinə görə, bonzay və ya spays adlanan sintetik kannobinoidlərin qəbulu zamani şizofreniyaya bənzər halların yaranması bəzən isə ani ürək dayanması baş verir. Tüstüsü ağ ciyərlərdən asanlıqla qana sorulur və  təsiri qəbulun miqdarından asılı olaraq bəzən saatlarla davam edə bilər. Alkoqolla birlikdə qəbulu daha təhlükəlidir. Təəssüf ki, bu maddelərin qəbulundan sonra hər hansı bir xoşagəlməz hallar yarandıqda şəxs qanunsuz olaraq maddə qəbulunun üzə çıxmasından qorxur, vaxtında xəstəxanalara muraciət etmədiyi üçün ölum halı baş verir. Ümumiyyətlə Narkoloji Mərkəzə adətən fiziki asılılıq formalaşmış xəstələr ( bu hallar daha agır narkotik maddə qrupu olan Opiatlar, yəni bura aiddir heroin,metadon,tiryek ve s. qebulu neticesinde yaranır) muraciet edirler. Mualiceden sonra remisiya alınır. Remisiya qısa və ya uzun müuddet ola bilər, bəzən bir neçə gün bəzən ömrünün sonuna qədər.  Bir də görürük ki, müalicə etdiyimiz narkomanda remisiya müddəti 5-10, hətta ömrünün sonunadək çəkir. Bəzilərində isə bu iki il ancaq olur. Onlardan təkrar narkotik maddə istifadə etmələrinin səbəbini soruşduqda deyirlər ki, şeytan bizi yolumuzdan çıxartdı. Amma əslində məlum olur ki, onlar köhnə mühitə qayıdıb, narkotik istifadə edən dostları ilə görüşüb. Əslində bu remisiya müddətinin çox çəkməsi həmdə narkotika bəlasından xilas olmaq insanın yaşadığı mühitdən, sosiloji amillərdən və sair asılıdır".


P. Məmmədovun sözlərinə görə, sintetik yolla alınan narkotiklərdən istifadə fiziki asılılıq əlamətləri daha agır olur və mualicəyə daha cətin tabe olur.