İcra başçısı: "Bu rayonda 1000-dən artıq ev barədə məhkəmə qərarı var"

12 Fevral 2015 16:20 (UTC+04:00)

Binəqədi rayonunda neft şirkətinin ərazisində inşa edilmiş evlərin sökülməsinə dair 1000-dən artıq məhkəmə qərarı var. Movqe.az-ın xəbərinə görə, bunu Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bu gün rayonda 2014-cü ilin yekunlarına həsr edilmiş yığıncaqda bildirib.  İcra başçısı deyib ki,  sökülməsinə qərar verilən həmin evlərin əksəriyyəti 2006-2007-ci illərdə verilən sənədlər əsasında inşa edilib.