300 milyon illik köpək balığı dişi

3 Avqust 2012 13:15 (UTC+04:00)
Movqe.Az bildirir ki, Almaniyanın Oberhof  bölgəsində 300 milyon illik olduğu güman edilən qalıqlar tapılıb. Paleontoloqların 15 gündür çalışdıqları sahədə yüzlərlə bitki və heyvan qalıqları açkar edilib. Bölgədə 300 milyon il əvvəl bir gölün olduğunu ifadə edən Prof. Jörg Şreiber, o dövrdə yaşamış olan bəzi heyvan və bitki növlərinə aid çox əhəmiyyətli qalıqlar tapdıqlarını söyləyib.