Deşam daha 3 il Fransa millisində çalışacaq

12 Fevral 2015 22:31 (UTC+04:00)

Fransa millisinin baş məşqçisi Didye Deşam federasiya ilə müqaviləsini yeniləməyə hazırlaşır.Goal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, fransız məşqçi böyük ehtimalla 2018-ci il mundialına kimi Fransanın sükanı arxasında qalacaq.Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. O, bu postda Loran Blanı əvəzləmişdi. Deşam komandanı 2014-cü il dünya çempionatının 1/4 finalına çıxarmışdı.