Lamiyə Quliyevanın övladının atası məlum oldu

13 Fevral 2015 09:35 (UTC+04:00)
Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunu qətlə yetirməkdə təqsirlənidirilən Lamiyə Quliyevanın övladının atasının adı məlum olub. Movqe.az-ın məlumatına görə, bu barədə xəbəri haqqin.az saytı yayıb.  Saytın məlumatına görə, bu, 1984-cü ildə Ağsuda anadan olmuş Rəsulov Elnur Məmmədrəsul oğludur. Onun özü də şübhəli şəxs qismində Kürdəxanı istintaq təcridxanasında saxlanılıb. Bildirilir ki, Elnur Rəsulovun uşağın atası olduğunu DNT analizləri də sübut edib. Elnur Rəsulov Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin, o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Elnur Rəsulov Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulmuş hissəsinə özünün toxum mayesini yollayıb. Bundan başqa, yazıda bildirilir ki, sən demə anası Lamiyə Quliyevaya onun həbsxanada olan atası Sahib Quliyevlə görüşdən sonra hamilə qalıb. Onun atası Sahib Quliyev dəfələrlə cinayətlər, çoxlu sayda qətllər törədib və ölüm hökmünə məhkum olunsa da, sonradan Azərbaycanda bu hökmün ləğvi ilə bağlı ömürlük həbs cəzasına layiq görülüb.