Movqe.az Günün qoroskopunu təqdim edir.
![]() Sonradan təəssüflənməmək üçün fəaliyyətin optimal istiqamətini seçin. Günün ikinci yarısı ailə üzvlərindən birinin problemini həll etmək üçün yaxşı zamandır. Qohumlarınıza qayğı ilə yanaşın. Yaradıcılıq sizi sevindirəcək. Axşam saatlarında normal istirahət etməyə çalışın. |
![]() Günün ikinci yarısında qəfil olaylar yaşanmayacaq. Cəhdlərinizi normal məqsədlərə sərf edin. Ailə üzvləri arasındakı mübahisədə arbitr rolunu oynamayın. Sizdən ədalətli qərar istəyəcəklər. Dostlar arasında yaranan münaqişənin qarşısını alın. |
![]() Günün ikinci yarısında planlarda yenilənmələr olacaq. Yaxın gələcəklə bağlı layihədə yeniliklər edin. Uzun-uzadı müzakirələrə heç bir lüzum yoxdur. Şəxsi münasibətlərdə ağır dönəmdir. Yaxınlarınızın, dəyər verdiyiniz insanların dediklərinə qulaq asın. Ailə üzvlərinin tələbatını qulaqardına vurmayın. |
![]() Tələskənlik, vurnuxma diqqətinizi yayındıra bilər. Sonradan çox ağır fəsadlara malik kobud səhvlərə yol verməyin. Axşam saatlarına yaxın fiziki aktivliyi bir qədər aşağı salın. Kütləvi tədbirlərə qatılmayın. Axşam saatlarında normal istirahət edin. |
![]() İmkanlardan yararlanmağı bacarın. Günün ikinci yarısı zərərli vərdişlərdən birini unutmaq üçün yaxşı zamandır. Şəxsi münasibətlərinizdə problemlər yaradan insanla qarşılaşsanız, soyuqqanlı olun, emosiyalara qapılmayın. Praqmat olsanız, məqsədə doğru aparan yolda xeyli irəliləyə bilərsiniz. |
![]() Günün ikinci yarısında ötənlərdəki olaylarla bağlı təcrübəyə, yaxın ətrafınızdakı insanların mövqelərinə əsaslansanız, uduzacaqsınız. Emosional durumunuz yaxınlarınızla münasibətlərə mənfi təsir etməməlidir. Aqressiv və sərt danışsanız, kobudluq etsəniz, önəmli əlaqələrdən biri korlana bilər. |
![]() Günün ikinci yarısında sakit olun. Yaşamın müxtəlif yönlərini olduğu kimi qəbul edin. Mübahisələrə qatılmayın. Yaşamın bəzi olayları ilə bağlı emosiyalarınız tarıma çəkilməsin. Situasiya hisslərinizlə oynamamalıdır. Şəxsi münasibətlərin rəvan qalmasını istəyirsinizsə, bir müddət kənar müşahidəçiyə çevrilin. Daxili sakitliyiniz yaxın ətrafınızdakı insanların da təmkinli davranmalarına rəvac verə bilər. Axşam saatları qohumlarla ünsiyyət üçün əlverişlidir. |
![]() Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Pulunuzun qədrini bilin. Yaxınlarınızın hissləri ilə oynamayın. Ətrafınızdakı insanları böyük oyununuzda piyada saymayın. Belə davransanız, özünüzə düşmən qazanacaqsınız. |
![]() Günün ikinci yarısında etibarlı köməkçi tapacaqsınız. Ailədəki nüufuzunuzun qeydinə qalın. Dartışmalı vəziyyəti çözməyə çalışanda diqqətli olun ki, münaqişə yaranmasın. Birgə tədbir keçirmək olar. Təşkilatçılıqdan yayınmayın. |
![]() Çoxdan bəri görmədiyiniz, darıxdığınız insanla bağlı xoş məlumat alacaqsınız. Maddi məsələlər təmaslarda gərginlik yaratmasın. Güzəştlərə meylli davranış bir çox problemlərin yaranmasının qarşısını ala bilər. Axşam saatlarında gəzintiyə yollanın. |
![]() İş yeri, fəaliyyət sahəsi və hətta yaşam arealının dəyişdirilməsi ilə bağlı fikirlər yarana bilər. Amma bunlar, sadəcə, arzu, xəyaldır. Günün ikinci yarısında ətrafınızdakı insanları müşahidə edin. Dostlar və yaxınlarla ünsiyyətdə kiçik təfərrüatları nəzərdən qayırmayın. Sevdiyiniz insanla təmaslarda ifrat emosional olmayın. |
![]() Günün ikinci yarısında evdə sadə, rahat ortamın yaranmasına təkan verin. Ən adi məqamlar sizi sevindirəcək. Ailə üzvlərinin qayğısına qalın, onların dediklərinə diqqətlə qulaq asın. Axşam saatlarına aktiv fiziki hərəkətləri və ya idmanı planlaşdırmayın. |