Novosibirskdən Azərbaycanın üç şəhərinə aviareys açılır

13 Fevral 2015 11:01 (UTC+04:00)

Rusiyanın Novosibirsk şəhərindən Azərbaycanın üç şəhərinə aviareys açılır

Movqe.az-ın RBK agentliyinə istinadla verdiyi məlumata görə, Rusiya aviasiya xidməti "Anqara" aviaşirkətinə Novosibirskdən Bakı, Gəncə və Lənkəran şəhərlərinə uçuşlar həyata keçirməyə icazə verib.


Uçuşlar həftədə iki dəfə, "An-148-100E" təyyarəsi vasitəsilə həyata keçiriləcək.