Qatar qəzası: 5 ölü, 100-ə yaxın yaralı

13 Fevral 2015 11:46 (UTC+04:00)

Hindistanın cənubunda sərnişin qatarının bir neçə vaqonunun relsdən çıxması nəticəsində beş nəfər həlak olub, ən azı 100 nəfər xəsarət alıb.


Movqe.az bildirir ki, bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verib.


İnsident Karnataka ştatının paytaxtı Banqalor şəhərinin yaxınlığında yerli vaxtla səhər saat 07:35-də baş verib.


Dəmiryol nəqliyyatındakı mənbə xəbər verir ki, qatarın 9 vaqonu relsdən çıxıb.


Mənbənin sözlərinə görə, ehtimal ki, dəmir yoluna çay daşı düşüb.