Facebook hesabınızı "miras" qoya bilərsiniz!

13 Fevral 2015 12:00 (UTC+04:00)

Facebookda artıq hesab parametrlərindən lazımlı tənzimləmələri edən istifadəçilər, öldükdən sonra hesabının kim tərəfindən idarə ediləcəyini təyin edə bilir.

Movqe.az xəbər verir ki, 1.5 milyarda yaxın aylıq aktiv istifadəçi sayıyla dünyanın ən böyük sosial media platforması mövqeyində olan Facebook, bir yenilik ilə daha qarşımızdadır.


Həyatını itirən istifadəçilərin hesablarını təsdiq etdikdən sonra bir növ işarələyərək bildiriş və digər variantlarını bağlayaraq ölüm il dönümlərində xatırlanmasını təmin edən Facebook, bu xüsusiyyətini bir addım daha irəli daşıyaraq artıq istifadəçilərə hesabını kimə miras buraxacağını soruşur.


'' Legacy Contact '' yəni '' Miras kontrakt '' olaraq hesabların təhlükəsizlik parametrlərinə gələn menyuya daxil olaraq, əgər həyatınızı itirsəniz hesabınızın idarəsinin kimə keçəcəyini təyin də biləcəksiniz. Seçdiyiniz kişi, əgər siz həyatınızı itirsəniz və Facebook bunu təsdiq etsə, həm hesabınızın profil və qapaq şəkilini dəyişdirə, həm də hesabınızı tamamilə bağlaya biləcək.


Daha əvvəlki sistemdə yalnız xatırlatma xüsusiyyəti mövcud idi. Bu yeni xüsusiyyət sayəsində, əgər həyatını itirən istifadəçilər Facebook hesablarını bir tanışına miras buraxdılarsa, hesablarının aktivliyi davam edəcək və sevdikləri istədikləri vaxt xatirələrini yad edə biləcəklər. Facebook hesabının mirasına sahib kəslər, həyatını itirən yoldaşlarının hesablarına "Memorialized '' yəni" Anma "işarəsi əlavə olunduqdan sonra gələn yoldaşlıq istəklərini cavablaya bilər, paylaşımlarını düzəldə və profillərinə nəzarət edə bilərlər.



Facebook istehsal müdiri Vanessa Callison verdiyi açıqlamada, bu xüsusiyyət ilə birlikdə həyatını itirən şəxslərin ailə və dostları hesablarını asanca idarə edərək, istər bağlaya biləcəklərini, istəsələr də xatırlamağa davam edəcəklərini ifadə edib. Hər nə qədər gözəl bir xüsusiyyət olsa da ümid edirəm kimsə bu xüsusiyyəti istifadə etmək məcburiyyətində qalmaz.


Hələlik sadəcə Amerikalı istifadəçilər üçün aktiv olan bu xüsusiyyətin qısa müddət içərisində qlobal olaraq aktiv ediləcəyi təxmin edilir.