Millət vəkilindən iki dövlət qurumunun ləğvi təklifi

13 Fevral 2015 12:51 (UTC+04:00)

Bu gün Milli Məclisin Yaz sessiyasının 2 plenar iclası öz işinə başlayıb.Movqe.az xəbər verir ki, iclasda 18 məsələ müzakirəyə çıxarılır. MM sədri Oqtay Əsədov iclası açıq elan edib.YAP-ın icra katibinin müavini Siyavuş Novruzov dünən keçirilən iqtidar-müxalifət görüşündən danışaraq, görüşün ictimaiyyət tərəfindən çox yaxşı qarşılandığını deyib: "Bu görüşlərin mütəmadi, daimi olması və ictimaiyyət üçün açıq olması bir daha ölkə başçısının hər bir işin şəffaf olmasının bariz nümunəsidir. Yəni, bundan sonra, hər bir təşkilatlar, partiyalar öz təkliflərini verə biləcəklər. Təəssüflər olsun ki, bəzi partiyaların legitimlikləri olmadıqlarına görə, həm də başqa qüvvələrə xidmət etdikləri üçün bu görüşlər üzərinə kölgə salmağa çalışırlar.Lakin onlar ATƏT-in və digər təşkilatların iclasında fəal iştiraka can atırlar. Onlar Azərbaycanda xalq, millət dövlət ilə bağlı taleyüklü müzakirələrə qoşulmurlar. Bu da göstərir ki, bunlar başqa dairələr tərəfindən öyrədilir".

Millət vəkili Zahid Oruc isə ölkə başçısının son günlərdə keçirdiyi struktur islahatlarından danışaraq deyib ki, bunlar təqdirəlaiqdir: "Şübhəsiz ki, bu insanlar tərəfindən yüksək qarşılanır və onların bu sahədə gözləntiləri var. 400 min insan var ki, onlar öz torpağının və əmlakının özəlləşməsini gözləyir, onlar öz yaşadığı mülkün mülkiyyətçisi olacaq. İnanıram ki, bu istiqamətdə hökumətin fəaliyyəti davam edəcək. O cümlədən, Melorasiya və Su Təsərrüfatı Komitəsi, aqrar siyasəti həyata keçirən Kənd Təsərrüfatı nazirliytnə verilməlidir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin isə İqtisadiyyat və Sənayə Nazirliyinə birləşdirilməsi məqsədəuyğun olardı. Dövlət Qulluğu komissiyası isə səlahiyyətlərini TQDK-ya verilməsi tərəfdarıyanm. Çünki, bu işi aparmaq DQX-nın işi deyil. Bu da heç də iş yerlərinin ləğv olunması deyil".