"Dünənki iqtidar-müxalifət görüşünü yüksək qiymətlədirəm. Doğrudan da PA nümayəndəsi ilə müzakirələr aparmaq ancaq dövlətimizin xeyrinədir və bu proses davam etməlidir".
Movqe.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə çıxışında millət vəkili İqbal Ağazadə deyib. O bildirib ki, Azərbaycanın bütün problemləri yalnız masa arxasında həll edilməlidir: "Bu yolda hamımız əl-ələ verməliyik və imkan verməməliyik ki, Azərbaycana qarşı diskriminasiyaya yol versinlər. O cümlədən məhbuslarla bağlı deyim ki, hesab edirəm ki, İntiqam Əliyev Azərbaycan üçün çox önəmli insandır: "İ.Əliyevin barəsində həbsi qəti imkan tədbirinin ev dustağı ilə əvəz olunması dünənki görüşün abuhavasına da uyğun olardı. Onunla bağlı biz prokurorluğa da müraciət etmişik, amma cavab olmayıb. Mən bunu dünən də dedim. Siyasi partiyaların müdafiəsi ilə bağlı sizin də, ümid edirəmki dəstəyiniz olacaq".
Millət vəkili Pentensiar Xidmətlı bağlı da danışıb: "Mənim və digər
millət vəkillərinin ötən dəfə bu qurumla bağlı səsləndirdiyi
fikirlərə PX-nin rəhbəri Mədət Quliyev tərəfindən aşağılayıcı cavab
verildi. Gələn dəfə də belə olsa yenidən bu mövzu ilə bağlı çıxış
etməli olacam. Çox xahiş edirəm ki, M.Quliyev çıxışına diqqət
etsin".
Spiker Oqtay Əsədoc da iqtidar-müxalifət dialoqunu müsbət
qiymətləndirib: "Siyasi partiyalar hər zaman dialoqun olması
təklifi ilə çıxış edirlər, lakin görüş baş tutduqda müəyyən mənfi
fikirlər səsləndirirlər. Qüdrət müəllim, siz kölgə-kölgə
deyirsiniz, amma onlar kölgə altında deyil, kök altındadırlar. Ona
görə də bu görüşlərdə iştirak etmirlər".Millət vəkili Qüdrət
Həsənquliyev də iqtidar-müxalifət dialoqunu müsbət dəyərləndirərək
bildirib ki, xarici dairələrin əlində oyuncağa çevrilən bəzi siyasi
qüvvələr bu görüşün üzərinə kölgə salmağa çalışır: "Amma hesab
edirəm ki, bununla heç nəyə nail olmayacaqlar. Bu görüş ölkədə
siyasi sistemin, demokratiyanın inkişafına müsbət təsir
göstərəcək".
Milli Məclisin spikeri də öz növbəsində iqtidar-müxalifət dialoqunu
müsbət dəyərləndirib. O qeyd edib ki, bu partiyalar dialoq
istəyirlər, amma olanda da belə münasibət göstərirlər: "Siz
kölgə-kölgə deyirsiniz, amma bunlar kölgə altında deyil, kök
altındadırlar, ona görə də bu görüşlərdə iştirak etmirlər".
Deputat Fazil Musatafa görüşü müsbət dəyərləndirərək qeyd edib ki,
görüş çox səmərəli oldu və burada iştirak etməyənlər böyük siyasi
səhvə yol verdilər.