Millət vəkili: "Bakı qəbirstanlıqları xəcalət yeridir"

13 Fevral 2015 13:08 (UTC+04:00)

Bakıda olan qəbirstanlıqlarda səliqəsizlik var. Movqe.az xəbər verir ki, bunu millət vəkili Elmira Axundova bu gün Milli Məclisdəki çıxışında səsləndirib. O bildirib ki, az qala bu ərazilər narkomanların, bomojların məskanına çevrilib:"Burada bəzən cinayətlər də baş verir". Deputat təklif edib ki, bu məsələ ilə bağlı qanun qəbul

edilsin, əlavə maliyyə resursları tapılsın: "İndi Bakı qəbirstanlıqları insan ruhunun sakitlik tapdığı yer deyil, xəcalət yeridir".


O həmçinin, dünənki iqtidar-müxalifət görüşünü yüksək qiymətlədirib: "Doğrudan da PA nümayəndəsi ilə müzakirələr aparmaq ancaq dövlətimizin xeyrinədir və bu proses davam etməlidir".