Tayvanlı ata 1 aylıq oğlunu sükana bağladı-VİDEO

13 Fevral 2015 14:30 (UTC+04:00)

Tayvan, bir neçə gündür internetə düşən maraqlı bir video ilə çalxalanır. Videoda Tayvanlı bir ata oğlunu sükana bağlayıb, avtomobil istifadə edir. Bu videoya baxanlar əvvəlcə gülüb, daha sonra uşağın ağlamağa başlaması ilə narahatlıq hissi keçirdiblər.


Movqe.az xəbər verir ki, video dünya səviyyəsində tənqid yağışına tutulub və Tayvan Uşaq Hüquqları Komitəsinin sədri Wang Wei-Jun, videodakı adamın uşağa zərər verməyə niyyəti olmadığını amma yenə də bunu etməməli olduğunu vurğulayıb.