Obamadan gənc seçicilərə istiqamətlənmiş video-FOTO

13 Fevral 2015 15:40 (UTC+04:00)

ABŞ prezidenti Barak Obamanın, ölkənin yeni səhiyyə sistemini gənc seçicilərə də eşitdirmək məqsədi ilə yer aldığı video böyük səs gətirdi.

Movqe.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama, ölkənin yeni səhiyyə sistemini daha çox adama çatdırmaq məqsədiylə Buzzfeedin çəkdiyi bir videoda yer alıb. Bir saat içində 100 min adamın izlədiyi videonun hədəf kütləsi gənc seçicilər olub.

"Hər kəsin elədiyi amma kimsənin haqqında danışmadığı şeylər" adlı videoda ayna qarşısında müxtəlif üz hərəkətləri edən ABŞ lideri, ofisində danışmasının təkrarını edərkən görülüb. 53 yaşlı Obamanın selfie çubuğuyla foto çəkildiyi də gözlərdən yayınmayıb. ABŞ prezidentinin videodakı son cümləsi isə "Sadəcə bir dəfə yaşayarsan, adamım" olub.