İŞİD-in gəlirləri ilə bağlı qətnamə qəbul edildi

13 Fevral 2015 15:45 (UTC+04:00)

BMT Təhlükəsizlik Şurası (TŞ) "İslam dövləti" (İŞİD), "Əl-Nüsrə cəbhəsi" və digər terror təşkilatlarının gəlirlərinin, xüsusilə neft gəlirlərinin qarşısının alınması ilə bağlı qətnamə qəbul edib.


Movqe.az-ın məlumatına görə, qətnamədə terrorçularla birbaşa və ya dolayı yolla ticarət əməliyyatlarına girməmək, girovlara görə pul ödəməmək, habelə İraq və Suriyanın mədəniyyət abidələrinin satışının qarşısının alınması ilə bağlı bütün ölkələrə çağırış yer alıb.


BMT Təhlükəsizlik Şurası bu kimi əməliyyatlarda iştirakı terror təşkilatlarına dəstək kimi qiymətləndirib. Qeyd edək ki, müvafiq qətnamənin qəbulu ilə bağlı təşəbbüsü Rusiya irəli sürüb.