Ermənistanda oliqarxların savaşı başladı

14 Fevral 2015 09:00 (UTC+04:00)

Ermənistanda getdikcə daha gərgin xarakter alan ictimai-siyasi vəziyyət oliqarxlar arasında yeni savaşın başlaması ilə müşayəit olunmaqdadır. Həmçinin, baş verənlər Ermənistanda hakim koalisayının ciddi şəkildə çat verdiyini göstərir. Bu xüsusda Serj Sarksiyanın rəhbəri olduğu Respublika Partiyası ilə "Çiçəklənən Ermənistan" Partiyası arasında əsl savaş yaşandığı müşahidə olunur. "Çiçəklənən Ermənistan" Partiyasının lideri Hagik Tsarukyan hakimiyyəti sərt tənqid etməsi koalisyada yer alan bu iki partiya arasında münasibətlərin tarıma çəkilməsi ilə müşayiət edilməkdədir. Hagik Tsarukyan son günlərdə iqtidarı sərt şəkildə tənqid edir. O bildirir ki, ölkədə hakimiyyət dəyişikliyi qaçılmaz reallığa çevrilib: "Ermənistana yeni üslubda fəaliyyət göstərə biləcək hakimiyyət lazımdır. Həmin hakimiyyətdə isə yeni insanlar olmalıdır". Tsarukyan həmçinin bildirib ki, Serj Sarkisyan konstitusiya islahatları adı altında spekulyasiyalar edir və xalqın gözündən pərdə asmaqla məşğuldur. O, hakimiyyətə qarşı tələb kimi qoyduqları növbədənkənar seçkilərə hazırlaşdıqlarını da deyib: "Hakimiyyət bizim tələbimizə qarşı çıxarsa, bu zaman xalqın bir çıxış yolu qalır - hakimiyyəti növbədənkənar parlament və prezident seçkiləri keçirməyə məcbur etmək. İnsanlar bilməlidir ki, heç bir vəzifə ömürlük olmur. Dövlətin təhlükəsizliyi hədə altındadırsa, demək hakimiyyət dəyişikliyi mütləq olmalıdır". Müxalifət partiyasının lideri bəyan edib ki, artıq xalqın səbri tükənib və hakim Respublika Partiyası bunu dərk etməlidir. Bu vaxta qədər Tsarukyan mövcud hakimiyyətin əsas tərəfdaşlarından sayılırdı. Lakin artıq o da hakimiyyətə qarşı çıxır və böyük maliyyə imkanlarına malik bu şəxsin Sarkisyan iqtidarını devrilməsi üçün külli miqdarda vəsait xərcləyəcəyi də gözlənir. Xatırladaq ki, Tsarukyan yenidən hakimiyytə can atan Robert Köçəryanın adamı sayılır və baş nazir Ovik Abramyanla qudadır. Son günlərdə Ovik Abramyanın Robert Köçəryanla sıx təmasda olduğu bildirilir. Onlar eyni zamanda sabiq prezident Levon Ter-Petrosayının lideri olduğu müxalifətlə də sıx əlaqədədirlər. Bütün bunlar nəticə etibarı ilə Sarksiyanı mümkün qədər tez hakimiyyətdən devirməyə hesablanıb.

Bel əbir vaxtda Sarksiyan da əks həmləyə keçib.O, Tsarukyanın Milli Təhlükəsizlik Şurasında üzvlüyünün ləğv olunması haqqında fərman imzalayıb. Qərar Tsarukyanın şuranın iclaslarında mütəmadi olaraq iştirak etməməsi ilə əsaslandırılıb. Maraqlıdır ki, hakim partiyanın Şurasının son iclasında Tsarukyanın hökuməti tənqid edən çıxışının müzakirə olunması planlaşdılmışdı. Çünki qaydaya görə, hakim partiya öz toplantılarında ölkənin tanınmış siyasi xadimlərinin hakimiyyəti tənqid edən çıxışlarına cavab verir. Buna toxunan Sarksiyan qeyd deib: "Təəsüflə qeyd etməliyəm ki, bu müzakirələrdə Tsarukyanın çıxışına heç kim toxunmadı. İlk baxışdan bu, qəribə görünə bilər, ancaq izahı sadədir:nəyi müzakirə edəsən? Danışılanları müzakirə edəsən, yoxsa onu müzakirə edəsən ki, bu adam oxuduğu mətni ümumiyyətlə başa düşübmü?".

Sarkisyan hazırda onun hakimiyyətinin əsas rəqibinə çevrilmiş oliqarxa qarşı təhqiramiz hücumları davam etdirərək onun heç hərfləri düzgün tanımadığını bildirib. "Onun komandasındakı partnyorları "a" hərfinin harada, "b" hərfinin harada olduğunu ona izah etmək səylərindən əl çəkmirlər. Bəziləri onun çıxışlarını öz bildikləri kimi yazır və fikirləşir ki, onsuz da oxuduğunu başa düşəsi deyil. Bilirsiniz, əvvəlcə gərək ona izah edəsən ki, üzərinə hansı rolu götürüb və publikanın qarşısında nə deyib, sonra cavab verəsən, yaxud dərhal deyəsən-bütün bunlar sənin ağlına görədirmi, brat?". Bununla da Sərkisyan kriminal jarqonlardan istifadə etməklə rəqibinə hücumları davam etdirib. Ermənistan prezidenti deyib ki, Tsarukyan siyasi xadim olaraq ölkə üçün şər qüvvəyə çevrilib. Və bu da təəcüblü deyil. Onun sözlərinə görə, siyasi proseslərdə iştirak üçün zəruri mexanizmləri olan, ancaq ağıldan kəm biri sadəcə olaraq inkişafın yolunda əngələ çevrilir: "Bu, çoxdan məlumdur. Bəli, faciədir, üstəlik kuryoz haldır ki, Tsarukyanın böyük siyasi ambisiyaları var. Şübhəsiz ki, onun ətrafındakı savadlı adamlar qəlbinin dərinliklərində başa düşür ki, əgər bu tip adamlar siyasi elitanın tərkib hissəsi olursa bu, real təhlükədir. Təsəvvür edin ki, Tsarukyan AŞPA sessiyasında mətn oxuyur, ardınca deputatların sualları gəlir, o cümlədən Azərbaycan və Türkiyə deputatlarının. Bunu təsəvvür etmək belə çox çətin və ağrılıdır. Bizim həmkarlarımızın Tsarukyanın bir neçə xarici səfərləri zamanı yaranan biabırçı təəsürat haqda sarkazmla dolu hekayələrini biz indiyə qədər həzm edə bilməmişik. Və mən bir daha təkrar etməliyəm: bu vətən bizə ona görə verilməyib ki, onu sirkə çevirək". O bildirib ki, Tsarukyanla bağlı indiki vəziyyətin yaranmasında onun da günahı var. Çünki illər əvvəl Tsarukyanı öz himayəsinə götürüb: "Məhz mən illərlə sizə Qaqikin bütün axmaqlılqlarına publika qarşısında reaksiya verməyi qadağan etmişəm, bu xaosu şəxsən ənglləmişəm. Və hamıya qadağan etmişəm ki, xalq tərəfindən ona verilmiş "Dodi Qaqo" ləqəbini (Kütbeyin Qaqo) istifadə etməsinlər. Demişəm ki, o səhvlərini düzəldir. Mənim bu zaman hansısa şəxsi marağın olmayıb, mən bəlli problemi ört-basdır edib onun çoxları üçün problemə çevrilməsinin qarşısını almaq istəmişəm". Sarkisyan əlavə edib ki, indi səhvlərini düzəldir. Özü də təcili. Çünki artıq heç kimin ləngimək haqqı yoxdur. O elan edib ki, Tsarukyanın Milli Təhlükəsizlik Şurasından xaric edilməsi haqda fərman verib: "Çünki ölkənin ən ali təhlükəsizlik orqanı kinoteatr deyil ki, istədiyin vaxt gələsən, yaxud gedəsən".

Daha sonra Sərkisyan Tsarukyanın deputat mandatının alınacağını elan edib: "Çünki parlamentin 145 iclasından cəmi 4-də iştirak edib. Əgər o, öz seçicilərinə bu qədər saymamazlıq edirsə və parlamentin roluna hörmətsiz yanaşırsa bizim buna haqqımız yoxdur. Bizim deputatlarımız günü sabahdan bu axmaq vəziyyəti ortadan qaldırmaq üçün addım atacaqlar".

Sarkisyan üçüncü addımın Tsarukyanın biznesi olacağı deyib. Bildirib ki, illərdir onun milyardları və ödəmədiyi vergilər haqda yoxlanılmamış şaiyələr gəzir, bu milyardlarını saxta xeyriyyəçilik adı altında ört basdır etdiyi danışılır. "Mən baş nazirə tapşırıram ki, müvafiq orqanların bu məsələni sona qədər və ətraflı şəkildə yoxlamasını təmin etsin". Məsələ ilə bağlı "virtualaz" aortalını məlumatına əsasən, Sarkisyan dördüncü addımın Tsarukyan və adamları tərəfindən törədilmiş çoxsaylı cinayətlərin ört-basdır edilməsi üçün peşəkar mexanizmin yaradıldığı haqda şaiyələri yoxlamaqdan ibarət olacağını deyib. Tsarukyanın və ortaqlarının Sarkisyanın bu mövqeyinə sərt reaksiya göstərəəcyi gözlənilir. Mmükündür ki, onlar güc yolu ilə də Sarksiyanın devrilməsiən cəhd göstərsinlər. Hər halad Ermənistan üçün siyasi müstəvidə də daha çətin günlər başlanır.