Metroda sevgili tapmaqda çətinlik çəkənlər üçün yenilik

13 Fevral 2015 17:05 (UTC+04:00)

Yeni xidmət tanış olmağa cəsarət edə bilməyən sərnişinlərin işini asanlaşdıracaq.

Moskva metrosunda sevgili tapmaqda çətinlik çəkənlər üçün yeni xidmət tətbiq olunacaq.

Movqe.az-ın məlumatına görə, yeni xidmət qatarda yanında əyləşən qadından və ya kişidən xoşlanan, amma tanış olmağa cəsarət edə bilməyən sərnişinlərin işini asanlaşdıracaq.

"Hello" adı verilən və indidən minlərlə adamın telefonuna yükləyib istifadə etdiyi tətbiq xüsusi bir radar köməkiyi ilə çalışır. Radar metroda sizə yaxın oturan və həmin anda smartfon və ya planşetlə internetə girməkdə olan sərnişinləri təsbit edir.

Daha sonra sizə gələn siyahıdan bir sərnişini seçirsiniz. İlk münasibət üçün bir salam və ya hədiyyə göndərmək mümkündür.

Bu xidmətdən istifadə etmək üçün qeydiyyatdan keçmək isə çox sadədir. Tətbiqə Facebook və ya Vkontakte hesablarıyla daxil olmaq mümkündür.