Elza Seyidcahan Sarkisyana şeir yazdı

13 Fevral 2015 18:30 (UTC+04:00)

"Yana-yana qalacaqsan Sarkisyan!!! Yann !!!"

Əməkdar artist Elza Seyidcahan daha bir şeir yazıb.

Movqe.az-ın anspress-ə məlumatına görə, müğənninin bu dəfəki şeiri Ermənistan prezidenti Serj Sarkisyana həsr edilib.

Adətən şeirləri gülüş hədəfinə çevrilən E.Seyidcahan yeni şeirini İnstagram səhifəsində paylaşıb. Onun bu addımı izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri Elza Seyidcahanı ittiham etsələr də, bəziləri onu alqışlayıblar.

O, sonda hamını "Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs" petisiyasına qoşulmağa çağırıb.

ANS PRESS müğənninin şeirini təqdim edir:

Sarkisyan
danışır Bakı...!!!!!
Nahaqdan axıdılan qanlara
haqq verir Yerevandakı...!!!???
Yer üzündə
hacc veren insanlara...,
Göy üzündə
sülh seven qartallara....
Ucaldıram səsimi...!
Səsimə səs ver a dünya........?
Haqqımıza girdilər..!
Bizə haqq ver dünya.....?
Xocalıya, Şuşaya
soxuldular, çırdılar...,
vurdular, yandırdılar..!!!
Sarkisyanlar, yanyanlar
sizde yan var, yan, yan
bizdə can var !
Can...Can...!
Azərbaycan...can ..can...
Canı candan ayırana
bizdə qan var.
Qan..qan...!
Qanmırsan sən?!
Qanmalısan !!!
Canı candan ayırırsan ?!
Qan.!Qan..!!!
Qanmayana dam, dam..!!!
Damcılanın qanımızın hesabını
dan,dan...!???
Sarkisyan..?!
Üsyan edərik,sənə üsyan..!!!
Atasız qalan övladlar
sənə küsyan..!
Yurdsuz qalan torpağımız
sənə tüğyan..!!!
Yan..,yan..!
Yanyana duran yanyanlar...!
Yuyanlar....!!!!!
Hamımızı tanrı verdi !
O sevərmi sən tökəsən
körpə quzuların qanın..!?
O qıyarmı sən sayasan
yetim körpələrin sayin !?
Heç qoyarmı tanrı....???
Məsum anaların ahın...,ahın...!!!???
Mübarizlər ölümüylə
Ödürərlər yanları...!!!!!
Siz yanansız !!!
Yana -yana qalansız..!!!
Bu dünyada sülh sevən,
haqq sevən insanlar var...!!!
Tamamsan sən !
Talansan. Sən..!
Sade dildə danışıram səninlə...!
Sairlerim çox dedilər
Səbrlə..!
Əzimlə..!!!
Bəxtiyarlar,Şəhriyarlar verdi bizə
bu cürəti , bu qüdrəti...!!
Sarkisyan...!?
Sənə üsyan edirəm !
Mən üsyan !!!
Vətənimdən əl çək.!!!
Yurdumuzdan,obamizdan,
Elimizdən yan çək...!!!
Sarkisyan yan.!Yan !!!
Sən bir dayan.??!!
Sənə od qoyacam..!!!
Alacam səndən qayamı, tayamı.!!!
Xalamı,atamı sən öldürdün..!!!
Gorumu, tayfamı sən söydürdün..!!!
Ocağımızı sən söndürdün???
Allahı özünə küsdürdün???
Küsdürdün Allahı üzünə..!!!
Söndürməyəcək sənin yanyananını...!!!
Yana-yana qalacaqsan sarkis yan !!!!! Yann !!!!!