İŞİD-in hesabları bağlandı, hakerlər hücuma keçdi

13 Fevral 2015 19:00 (UTC+04:00)

İctimai mediadan son dərəcə geniş və məqsədli şəkildə istifadə edən İŞİD terror təşkilatı haker hücumuna məruz qalıb.

Movqe.az xəbər verir ki, İŞİD-ə məşhur haker qrupu olan "Anonymous"dan zərbə dəyib.

Qrup terrorçularla əlaqəli olan 800 ədəd Twitter, 12 ədəd Facebook hesabını, həmçinin 50 elektron poçt hesabını bağlayıb.

Twitter mövzu ilə bağlı şərh verməyib. Facebook isə "Anonymous"un siyahıya aldığı 12 hesabın 11-ni bağladığını təsdiqləyib. Bağlanmanın səbəbi sadədir- səhifə qaydaları pozulub.

Qeyd edək ki, "Anonymous" ötən həftə İŞİD-ə qarşı dava açdığını bildirib. "Anonymous" son illər müxtəlif haker hücumları ilə gündəmə gəlib.