Meksikada dəhşətli qəza: 16 ölü

14 Fevral 2015 12:10 (UTC+04:00)
Meksikanın şimal-qərb bölgəsində ağır yol qəzası qeydə alınıb.

Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sərnişin avtobusunun qatarla toqquşması nəticəsində azı 16 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza zamanı avtobusda 60 sərnişinin olduğu bildirilir. Faciəvi insident Nuevo-Leon ştatının Anauak şəhərində baş verib. Hadisənin səbəbləri hələlik bəlli deyil.