Bakıda və Ağstafada yanğın olub

14 Fevral 2015 12:13 (UTC+04:00)
Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 120 kv.m olan 4-otaqlı mənzilin çardağının yanar konstruksiyaları 70 kv.m və çardaqda tikilmiş ümumi sahəsi 10 kv.m olan köməkçi tikili yanıb.

Movqe.Az FHN-in saytına istinadən bildirir ki, mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın Ağstafa rayonu, Köçəsgər kəndində (rayon mərkəzindən 10 km aralı) olub. Vətəndaşa məxsus, ümumi sahəsi 75 kv.m olan kürsülü, birmərtəbəli, 3-otaqlı evin 1 otağının tavanı 30 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.