ABŞ suriyalılara qucaq açır

14 Fevral 2015 13:15 (UTC+04:00)
Amerika Birləşmiş Ştatları (ABŞ) rəsmisi suriyalı qaçqınlara yaşayış haqqında icazə verdiklərni açıqlayıb.

Movqe.az-ın Milli.az-a istinadən məlumatına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bu il min, iki min suriyalıya daimi yaşayış barədə icazə verəcəklərini bildirib. O, bu barədə ötən gün keçirilən brifinqdə səsləndirib.

"ABŞ izah edilməsi çətin olan qorxu və zülmlərdən qaçan mültəcilərə sahib çıxmaq məsələsində güclü və dərin ənənəyə sahib bir ölkədir", - deyə C.Psaki qeyd edib.

Toplantıda həmin qaçqınların içərisində hansısa terrorçunun ölkəyə daxil olma ehtimalı barədə soruşulub. Psaki isə bu prosedurların qısa müddətdə baş vermədiyini, qəbul edilən bütün vətəndaşların araşdırıldığını nəzərə çatdırıb.