Bakıda qadın qətlə yetirilib

14 Fevral 2015 17:05 (UTC+04:00)
Movqe.az xəbər verir ki , Xəzər Rayon Polis İdarəsindən verilən xəbərə görə, Buzovna qəsəbəsində, "Əli Ayağı" ziyarətgahına gedən yolda şəxsiyyəti məlum olmayan 30-35 yaşlı qadının meyidi tapılıb. Meyitə ilkin baxış zamanı qadının bıçaqlanaraq öldürüldüyü məlum olub.

Hazırda polis öldürülən qadının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparır.