Şamaxıda baş verən yol qəzasında 2 nəfər öldü

14 Fevral 2015 17:07 (UTC+04:00)
Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı-Qazax yolunun 130-cu kilometrliyində, Şamaxı rayonu ərazisində vətəndaşa məxsus "Lifan" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər avtomobildən şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.