Heyətlər məlumdur

14 Fevral 2015 19:15 (UTC+04:00)

Fevralın 15-də Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində Ümumdünya Boks Seriyasının (WSB) V turunun görüşü keçiriləcək.Movqe.az  Goal.az-a istinadən  xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən "Baku Fires" klubu ABŞ-ın "USA Knockouts" komandası ilə qarşılaşacaq.

Mayamidə təmsilçimizin heyətində daha bir boksçu debüt edəcək. Bu, Azərbaycan kubokunun sahibi Tural Əhmədovdu. Onu rəqibi cari mövsümdə iki qələbə qazanan Martines olacaq.



Komandaların heyətləri:

USA "Knockouts" – "Baku Fires"

49 kq. Niko Hernandes – Məhəmməd İbiyev

56 kq. Fransisko Martines – Tural Əhmədov

64 kq. Tirek İrbi - Heybətulla Hacəliyev

75 kq. Entoni Kempbell – Nikolay Veselov

91 kq. Coşua Templ - Abdulqadir Abdullayev



Turnir cədvəli

1. "Astana Arlans" – 12 xal (döyüşlərin nəticələri 16-4)

2. USA "Knockouts" – 9 (10-10)

3. "Baku Fires" – 8 (13-7)

4. "Puerto Riko Hurricanes" – 8 (12-8)

5. "İtalia Thunder" – 6 (8-10)

6. "Rafako Hussars Poland" – 5 (8-12)

7. "Venezuela Caciquez" – 4 (6-14)

8. "Argentina Condors" – 1 (5-13)