Bu küçədə hərəkət məhdudlaşdırılır

14 Fevral 2015 21:07 (UTC+04:00)


Bu gün saat 11:30-dan başlayaraq Məmməd Araz
küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Movqe.az xəbər verir ki , Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən verilən məlumata görə, avtomobillərin hərəkətinin məhdudlaşdırılmasına səbəb həmin küçədə üfüqi nişanlanma (xətlənmə) işlərinin aparılmasıdır. İşlərin bu gün 15:00 -16:00 radələrində başa çatdırılması planlaşdırılır.