Poroşenko və Obama razılaşdılar

15 Fevral 2015 11:00 (UTC+04:00)
Ukrayna prezidentiPyotr Poroşenkoamerikalı həmkarıBarak Obamailə telefon danışığı zamanı Donbasda münaqişənin yenidən gərginləşəcəyi halda addımların əlaqələndirilməsinə dair razılıq əldə edilib.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Ukrayna prezidentinin saytında dərc edilib.

"Tərəflər Donbasdakı vəziyyəti müzakirə edərək Debaltsevo ətrafında baş verən hadisələrlə bağlı narahatlıq ifadə ediblər", - deyə məlumatda bildirilir.

"Ukrayna prezidenti atəşin dayandırılmasının təsdiqlənməsi üçün ATƏT tərəfindən monitorinq keçirilməsinin zəruriliyini qeyd edib. Pyotr Poroşenko və Barak Obama münaqişənin yenidən gərginləşəcəyi halda səyləri əlaqələndirməyə razılaşıblar", - deyə məlumatda qeyd olunub.