Ana 3 uşağını diri-diri yandırdı

15 Fevral 2015 11:12 (UTC+04:00)
Belçikada dəhşətli cinayət faktı qeydə alınıb.

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, Belçikanın Lennik şəhərində qandonduran cinayət hadisəsi baş verib.

Psixi pozğunluğu olduğu bildirilən 35 yaşlı qadın 3 övladını otağa salaraq evi yandırıb. Daha sonra isə ərinə zəng edərək uşaqlarının qışqırıq səslərinə qulaq asdırıb. Evdən uzaqda olan ataHellmut Ulinisə telefonda övladlarının fəryadını eşidərək dəhşətə gəlib.

Hellmut dərhal övladlarının köməyinə qaçıb. Lakin o, evə gəlib çatdıqda gördükləri mənzərə onu şoka salıb. O, 2 yaşlı övladıOmi, 4 yaşlıAbbiqeylvə 6 yaşlıMedisonun yanmış cəsədi ilə üzləşib.

Cinayəti törədən qadın isə həmin vaxt bağçada əyləşərək sakit şəkildə siqaret çəkirmiş. O, ərinə - "on dəqiqə qışqırdılar, sonra səsləri kəsildi" deyib.

Hisslərini cilovlayan ər həyat yoldaşını polisə təslim edib.

Faktla bağlı cinayət işi açılıb.