Məryəm Üzərli səs-küylü fotosundan danışdı

15 Fevral 2015 13:01 (UTC+04:00)
Movqe.az-ın axsam.az-a istinadən xəbərinə görə, çəkilişləri Berlin və İstanbulda aparılan reklam çarxından danışan alman əsilli aktrisa təəssüratlarını bölüşüb:

"Berlin də, İstanbul da mənim üçün dünyanın ən gözəl şəhərləridir. Rol aldığım reklam da mənə bənzəyib: yarısı türk, yarısı alman".

Aktrisa tərəf müqabili Numan Acarla birlikdə çəkdirib, sosial şəbəkədə paylaşdığı və səs-küy yaradan şəklinə də münasibət bildirib:

"Berlin Film Festivalı varıydı. Orada birlikdə fotolar çəkdirdik. Yayılan şəkildə heç bir pis niyyət yoxdur. Niyə belə dedi-qodular çıxır?"

Məryəm Üzərli aktyorOzan Güvənlə sevgili olmaları ilə bağlı sualları isə cavabsız qoyub.