Təbiətdən gələn təbii möcüzə

15 Fevral 2015 14:00 (UTC+04:00)

Azərbaycanda innab bitkisi çox qədim zamanlardan becərilir. Movqe.az xəbər verir ki , bu bitki Murdarça (Rhamnaçae İ) fəsiləsinə Ziziphus cinsinə aid olub, 50-dən artıq növü birləşdirir. İnnab bitkisinin yarpaqları sadə, növbə ilə düzülmüş, çılpaq və parlaq yaşıldır. İnnab meyvəsi müxtəlif formada: armudvari, silindrik, dəyirmi, çəlləkvari, yumurtaşəkilli və geniş konus şəkilli olur.

Meyvələrin dadı şirin, turşa şirin olur.Onların yumşaq sarımtıl ləti vardır.Meyvə qırmızı, açıq qəhvəyi və tünd qəhvəyi rəngdə olur. Meyvənin bir ədəd çəyirdəyi var. İnnab meyvəsinin tərkibində tanin, zülal, P vitamini, pektin maddələri, C vitamini, müxtəlif turşular və çoxlu mikroelementlər vardır.İnnab meyvəsində olan rutin maddəsi insanın qan təzyiqini aşağı salır.İnnab günəşdə qurudularaq hazırlanan, iri meyvələri olan və çərəz kimi çayla təqdim edilən son dərəcə ləzzətli və faydalı şəfalı bitkidir.İnnab çiçəkləri bal arıları üçün yararlı qidadır. Belə xüsusiyyətlərinə görə innab meyvələrindən yeyinti sənayesində və təbabətdə geniş istifadə edilir.İnnab bitkisinin müsbət xüsusiyyətlərindən biri də onun məhsula faraş düşməsidir. Bağda əkilmiş ting ikinci il məhsul verir.İnnab bahar aylarında xoş qoxulu sarı rəngli çiçəklər açır.İlk başlarda yaşıl ikən yetişkinləşdikcə qırmızıya və qara-bənövşəyi rəngə dönür.İnnabın faydaları:İnnab dərman qədər faydalı bir meyvədir.Bəlğəm problemi yaşayırsınızsa, innab bitkisi bəlğəminizi bir gündə yox edər.Böyrək xəstələri duz yeməyi azaldaraq innab meyvəsini yeməlidir, çünki sidikqovucu xüsusiyyəti vardır.Bağırsaqları işlədir.Bədənə rahatlıq verir.Şəkər xəstələrinin rahatlıqla yeyə biləcəkləri bir meyvədir.Uşaqların bəslənməsində də mütləq yemələri lazım olan bir qidadır.Bronxit, asma kimi ağciyər xəstəliyinə qarşı faydalıdır.İnnab suyu ürək-damar xəstəliklərinə yaxşı təsir göstərir.Özünüzü yorğun və əldən düşmüş hiss edirsinizsə, innab sayəsində enerjinizə qovuşa bilərsiniz.Xüsusilə qış aylarında davamlı öskürən, soyuqlayan, qrip olan kəslərdə innab son dərəcə müalicə edici xüsusiyyətinə malikdir.İnnab qandakı mikrobları təmizləyir.Tez-tez qəbiz olursunuzsa, innab yemək məsləhətdir, bu zaman bağırsaqlarınız normal şəkildə işləməyə başlayacaq.Xolesterol və damar xəstəliklərinə qarşı və bir sıra faydaları vardır.İnnab meyvəsi 21 gün müalicə məqsədilə səhər ac qarnına 2 ədəd meyvə olmaqla yeyilə bilər.İnnab yarpağının çayından bronxit, asma, mədə və bağırsaq narahatlıqlarında istifadə edilir.Hazırlanması:4 stəkan südə 30-60 qr. meyvə qoyularaq 15-20 dəqiqə qaynadılır. Gündə 4 dəfə 1 stəkan içilməlidir.