Binəqədi rayonunda növbəti təmizlik aksiyası keçirildi
15 Fevral 2015 15:10 (UTC+04:00)
Fevralın 14-də Binəqədi rayonunda "Bakı 2015" İlk Avropa Oyunlarına
hazırlıq məqsədilə həyata keçirilən "Təmiz Binəqədi" sosial
layihəsi çərçivəsində rayonun Biləcəri qəsəbəsində təmizlik
aksiyası keçirilib. İcra Hakimiyyətinin Movqe.az xəbər verir ki, Binəqədi Rayon İcra
Hakimiyyəti tərəfindən həyata keçirilən "Təmiz Binəqədi" sosial
layihəsi çərçivəsində artıq ənənəvi olaraq həftə sonu rayonunun
müxtəlif ərazilərində təmizlik aksiyaları keçirilir. Təmizlik
aksiyası Biləcəri, Xocəsən və Rəsulzadə qəsəbə bələdiyyələrinin
təşəbbüsü və təşkilatçılığı ilə bu dəfə Biləcəri qəsəbəsində
keçirildi. Aksiyada rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin
işçiləri ilə yanaşı, rayonun adı çəkilən bələdiyyələri, həmçinin
rayonun ayrı-ayrı idarə, müəssisə və təşkilatları fəal iştirak
etdilər.
Aksiya çərçivəsində qəsəbə ərazisindən keçən dəmiryol xətlərinin
ətrafında təmizlik işləri həyata keçirildi. Sosial aksiya zamanı
ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif
məişət və polietilen tullantılarından təmizləndi. Məişət
tullantılarının ətrafa yayılmasının qarşısını almaq, eləcə də
onların daşınmasının asanlaşdırmaq məqsədilə təmizlik işləri
aparılan ərazilərdə müxtəlif çeşidli tullantılar üçün nəzərdə
tutulan konteynerlər qoyulub. Təmizlik işləri çərçivəsində toplanan
məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən
daşındı.
Sonda təmizlik işlərinə cəlb olunan rayon MKTB-nin işçiləri üçün
çay süfrəsi təşkil olundu. Rayon MKTB-nin təmizlik sahəsində 35 il
əmək fəaliyyəti olan Roza Elyazovanın 60 yaşı qeyd edildi.
Təmizliyin qorunmasında mühüm əhəmiyyət kəsb edən ictimai dəstəyə
nail olmaq məqsədilə belə aksiyaların ənənəvi şəkildə keçirilməsi
planlaşdırılır.




