Sumqayıtda "Mercedes" yandı
15 Fevral 2015 17:02 (UTC+04:00)
Ötən gün axşam saatlarında Sumqayıt şəhərində yol-nəqliyyat
hadisəsi yaşanıb.
Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən
verdiyi məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus
"Mercedes" markalı minik avtomobili yol kənarındakı maneəyə
çırpılıb.
Çırpılmadan sonra avtomobildə yanğın meydana gəlib.
Yanğın nəticəsində avtomobilin mühərriki və salon hissəsi qismən
yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın qəza yerinə gələn yanğınsöndürənlər tərəfindən söndürülüb.