"Separatçılar 4 saat ərzində atəşkəs rejimini 6 dəfə pozub"

15 Fevral 2015 17:12 (UTC+04:00)
Ukraynanın cənub-şərqində elan olunan atəşkəs rejiminin ilk 4 saatı ərzində separatçılar 6 dəfə atəş açaraq razılaşmanı pozub.

Movqe.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsiVladislav Seleznyovbildirib. Onun sözlərinə görə, atəşkəs rejimi separatçılar tərəfindən 3 dəfə Çernuxino qəsəbəsi istiqamətində, 3 dəfə də Zolotoye yaşayış məntəqəsi istiqamətində pozulub.

Vladislav Seleznyov qeyd edib ki, separatçıların açdığı atəş "sistemli və lokal" xarakterli olub. O əlavə edib ki, 03:00-dan 04:00-dək Ukrayna ordusunun mövqelərinin atəşə tutulması faktı qeydə alınmayıb. Hərbçilər tərəfindən heç bir itki qeydə alınmayıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəriValentin Nalivayçenkobundan əvvəl atəşkəsin ilk 90 dəqiqə ərzində bir dəfə pozulduğunu bildirib.

Qeyd edək ki, atəşkəs rejimi elan olunduqdan az sonra hər iki tərəf bir-birini Donbasda atəşkəsi pozmaqda ittiham edib.