Bakıda avtomobil təmiri sexində yanğın

15 Fevral 2015 19:16 (UTC+04:00)
Bakının Nərimanov rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 360 kv.m olan 4 boksdan ibarət avtomobil təmiri sexində yanğın olub.

Movqe.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, sexin damının taxta konstruksiyadan ibarət atmaları 300 kv.m sahədə və içərisində təmirə dayanmış 2 ədəd "Nissan" markalı avtoqaldırıcı yanıb.

Sexin qalan hissəsi, sexin içərisində təmirə dayanmış "KamAZ" markalı yük avtomobili və sexə bitişik anbarlar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.