Müdafiə Nazirliyi ABŞ-ın səfirinə sataşdı

15 Fevral 2015 20:00 (UTC+04:00)
"ABŞ-ın Ukrayna səfiri Ceffri Payetta falçıdır".

Movqe.Az axar.az-a istinadən bildirir ki, bu barədə Payettanın Ukraynada Rusiya qoşunlarının olması barədə iddialarına Rusiya Müdafiə Nazirliyinin cavabında bildirilib.

Bundan əvvəl, ABŞ-ın Ukrayna səfiri Ceffri Payetta öz Tvitter hesabında peykdən çəkilən görüntüləri paylaşmışdı. Həmin görüntülərdə Ukraynada Rusiya artilleriyasının olduğu əks olunmuşdu.