Bu əlamətlər varsa Hiperaktivdir!

16 Fevral 2015 11:40 (UTC+04:00)

Uşağınız çox danışır və tez-tez sizin ya da yoldaşlarının sözünü kəsir? Məktəbə getmək istəmir və məktəbdə qaydalara uyğun gəlməkdə çətinlik çəkir? Evdə dərs çalışarkən davamlı su içməyə və ya tualetə gedir? Bu əlamətlər uşaqların hiperaktiv olduğuna işarə edir.


Movqe.az xəbər verir ki, Uşaq Psixoloqu Mütəxəssis Dr. Əməl Bellibaş, bu nöqtədə valideynlərin zamanında həkimə müraciət etmələri və uyğun görülən müalicəni axsatmadan yerinə gətirmələrinin son dərəcə əhəmiyyətli olduğuna diqqət çəkib!


Uşaq Psixoloqu Mütəxəssis Dr. Əməl Bellibaş, aşağıdakı xüsusiyyətlər uşağınızda 7 yaşından əvvəl başlamışsa, zaman itirmədən bir psixoloqa müraciət etmək lazım olduğu xəbərdarlığını edib.


Qaydalara uyğun gəlməkdə güclük çəkirsə DİQQƏT


Bu uşaqların məktəb müvəffəqiyyəti, ümumiyyətlə zehni inkişafından ferqli olur. Uşaq dərs əsnasında sıxıldığı, dərslərə diqqətlə yanaşa bilmədiyi üçün tez-tez xəbərdarlıq alır və buna görə özünü uğursuz hiss edir. Elə bu səbəblə də məktəbə getmək istəmir. Məktəbə gedəndə də qaydalara uyğun gəlməkdə çətinlik çəkir.


Dostluq əlaqəsi əhəmiyyətlidir


Yoldaşlarına qarşı münasibətində tələbkar, bəzən də kobud olaraq adlandırılan davranışlar göstərə bilər. Məsələn öz istədiyi oyunun, yenə öz istədiyi şəkildə oynanmasını tələb edici bir tərzdə istəyə, rədd cavabı aldığında isə kobud sözlər deyə biləcək qədər əsəbləşə bilər. Həmçinin, bəzən zərər verici davranışlar da göstərə bilər.


Və son olaraq "Hər hərəkətli uşaq hiperaktiv deyildir", bunu unutmayın!