İradə valideynlərə səsləndi

17 Fevral 2015 10:45 (UTC+04:00)

Müğənni İradə İbrahimova valideynlərə səslənib.  Movqe.az-ın məlumatına görə, türkiyəli 20 yaşlı tələbə qız Özgəcan Aslanın zorlanaraq qətlə yetirilməsi hadisəsindən təsirlənən sənətçi təəssüratlarını bölüşüb: "Qadın cəmiyyətə istiqamət verəndir. O, cinayətkarları bəsləyən, böyüdən, amma yetişdirə bilməyən ailələrimizə səslənirəm: övladınızın tərbiyəsində buraxdığınız bir səhv, baxın nə cür cinayətlərə səbəb olur. Oturub kompüter arxasında insanları təhqir etməklə az vaxt keçirin. Övladınız varsa, onun, yoxdursa, öz tərbiyənizlə məşğul olun".