Daun sindromlu model və aktrisanın uğur hekayəsi.-FOTO

17 Fevral 2015 11:00 (UTC+04:00)

Dünyaya daun sindromu ilə gəlsə də, istedadı onu uca zirvəyə qaldırdı. Daun sindromu ilə doğulan Jamie Brewer az keçmədi ki, dünyada ən ünlü model və aktrisa kimi tanındı.

Movqe.az daun sindromlu model və aktrisa olan Jamie Brewerin uğur hekayəsini təqdim edir.

Qırmızı xalçada gördüyünüz bu mavili qadın, 30 yaşında daun sindromlu bir teleserial aktrisasıdır.

"American Horror Story"ni izləyənlər onu tanıyacaqlar. Jamie Brewer yaşadığı həyatı daha gözəl hala gətirməyi bacarıb.

İndi isə Jamie Brewer "New York Moda Həftəsi"nin ilk down sindromlu modelidir.

Stilist Carrie Hammerin təklifini qiymətləndirən Jamie, özünü bu səfər də podiumda sınayıb və ilk daun sindromlu "NYFW" modeli olaraq tarixə keçib.

Podiumda Jamie Brewer, Stilist Carrie Hammerin paltarlarını üzündəki o şirin gülümsəməsi ilə birlikdə daşıyıb.

Demək olar ki, bütün moda jurnalları onun fövqəladə performansını yazıb.

Daha əvvəl də bir çox mükafat gecəsində qarşımıza çıxmış olan Jamie, hər zaman çox qəşəng, hər zaman çox zərif olub.

Onun üzündəki təbəssüm, cəmiyyətdən özünü kənarlaşdırmayıb,bacardığını göstərmənin gülümsəməsi kimidir.

Serialda kiçik bir rolla dəyişən həyatının kefini çıxardan Jamie ümid edirik ki, bir çox daun sindromlu insanlara da ilham verər.

Jamienin gülümsəməsi onu tamamlayan bir simvol halına gəlib artıq.

Bir çox məşhur onu proqramında qonaq etmək istəyir və Jamie televiziya proqramlarında iştirak edərək, onunla eyni vəziyyətdə olan insanlar üçün cəsarət verici hekayələrini danışır.

Tanıyanlar onu "fəal" olaraq təsvir edir. Belə ki, onun sevinci belə özünü cəmiyyətdən uzaqlaşdıran insanlar üçün mükəmməl bir nümunədir.

Aktrisalığın yanına bir də modelliyi əlavə edən Jamie, podium üçün hazırlanır..