İmam dünyanı "dayandırdı" - "Dünya fırlanmır, çünki..." - VİDEO

17 Fevral 2015 12:10 (UTC+04:00)

Səudiyyəli imam Şeyx Bəndər əl-Haybəri dünyanın fırlanmadığını iddia edib.

Onun bu iddiası qısa zamanda xarici medianın və sosial şəbəkələrin əsas müzakirə mövzusu olub.

Movqe.az-ın məlumatına görə, Bəndr əl-Haybəri dünyanın fırlanmadığını belə izah edib:

"Əgər dünya fırlanırsa, bir təyyarə havada olan zaman Çin təyyarəyə doğru gəlməlidir, elə deyilmi?! Dünya sabitdir, hərəkət etmir", - deyə imam bildirib.

Bəndər əl-Haybəri əlindəki su bardağı ilə dediklərini əsaslandırmağa çalışıb:

"Gəlin baxaq, biz haradayıq? Deyək ki, hava limanından təyyarə ilə Çinə gedirik. Dünya fırlanır dediniz, elə deyilmi? Yaxşı, mənə diqqətlə qulaq asın, bu (su ilə dolu bardağı göstərir) dünyadır. Əgər dünya fırlanırsa təyyarə havada olan zaman Çinin təyyarəyə doğru gəlməlidir. Əgər dünya əks istiqamətdə fırlansaydı təyyarə əsla Çinə çata bilməzdi. Belə çıxır ki, Çin də təyyarə kimi fırlanır. Amma elə deyil", -deyə Bəndər əl-Haybəri əlavə edib.