Rusiyaya rədd cavabı verildi

17 Fevral 2015 12:20 (UTC+04:00)

Qərb Krımın ilhaqı ilə barışmır.

Britaniya Rusiyanın Londondakı hərbi texnika sərgisində iştirakına "yox" deyib.

Movqe.az-ın anspress-ə istinadənməlumatına görə, səbəb kimi iki ölkə arasında Ukrayna münaqişəsinin həlli yolları ilə bağlı fikir ayrılığı göstərilir.

Qeyd edək ki, Krımın ilhaqından sonra Rusiya Federasiyası qərb ölkələri tərəfindən sanksiyalara məruz qalıb. Ölkə G8 və bir çox əsaslı beynəlxalq toplantılardan kənarlaşdırılıb. Avropa Şurası Parlament Asambleyası Rusiyanın səs vermə hüququnu əlindən alıb. Eləcə də Rusiyada keçirilən bir çox tədbirlərdə iştrakdan qərb ölkələri imtina ediblər.

Bundan əvvəl Rusiya nümayəndə heyətinin Farnborodakı aviasalonda iştirakı da problemə dönmüşdü. O zaman Rusiya nümayəndə heyətinin yarıdan çox üzvlərinə viza verilməmişdi.