Terrorçuya yardım edən 2 şübhəli saxlanıldı

17 Fevral 2015 12:27 (UTC+04:00)

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən anti-terror əməliyyatları zamanı 2 nəfər saxlanılıb.

Adı açıqlanmayan şəxslər bir qədər əvvəl kafe və sinaqoqda polisə hücum edən cinayətkarla əlbir olmaqda şübhəli bilinirlər. Ehtimallara görə, şübhəlilər cinayətkara gizlənmək kömək ediblər. Onun hücum zamanı istifadə etdiyi silah da əlbir olduğu şəxslər tərəfindən gizlədilib.

Kafeyə hücum edən 22 yaşlı gəncin Fələstin əsilli olduğu ortaya çıxıb.

O, "incəsənət, küfr və söz azadlığı" mövzusunda keçirilən tədbir zamanı polisə atəş açmış, atışma zamanı bir mülki şəxs ölmüşdü. Daha sonra sinaqoqda da polisə edilən hücumda həmin şəxs şübhəli bilinirdi.

Anti-terror əməliyyatları zamanı polislə atışmada şəxsi zərərsizləşdirmək mümkün olmuşdu. Atışmada daha bir nəfər də ölüb.

Ölkənin baş naziri Helle Torninq-Şmit İsrail hökumətinin Danimarkadakı yəhudiləri geri çağırmasına qarşılıq olaraq bu sözləri deyib.

"Yəhudi icması uzun əsrlər boyu ölkəmizdə mövcud olub. Onlar Danimarka cəmiyyətinin bir hissəsidir. Danimarkanın yəhudilərsiz təsəvvür etmək mümkün deyil. Hər kəs öz seçimində sərbəstdir. Yəhudilər mənim onlarla bağlı nə hiss etdiyimi bilirlər"

Danimarka hökuməti terror aktında şübhəli bilinən şəxslərin heç bir təşkilata üzv olmadığını bildirib.